Millimizin yeni rekordları

14:54 5 Sentyabr 2017

Futbol üzrə Azərbaycan milli komandası tarixində 2 rekoda birdən imza atıb.

 

Sportarena.az xəbər verir ki, bu, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marino yığmasıyla "Bakcell Arena"da baş tutan ev oyununda gerçəkləşib. Komandamız bu oyunda 5:1 hesablı möhtəşəm qələbəyə imza atıb.

 

Bu qələbə sayəsində millimiz 1999-cu ildən çıxış etdiyi seçmə mərhələlərdə ən çox - 10 xal toplayıb. Buna qədər rekord DÇ-2014-də qazanılan 9 xal idi.

 

San Marino üzərindəki 5:1 hesabı millimizin tarixində həm də ən böyük hesablı qələbə olub. Düzdür, 1999-cü ilin iyununda Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteyn yığması ilə oyunda da qələbə 4 top fərqiylə olmuşdu - 4:0. Ancaq bu dəfə millimiz rəqib qapısına daha çox qol vurdu – 5:1.


Digər xəbərlər

Xəbər xətti