Ndlovunun milliyə çağrılmama səbəbi açıqlandı

15:41 5 Sentyabr 2017

CAR millisinin baş məşqçisi Stuart Bakster “Qarabağ”ın cənubi afrikalı hücumçusu Dino Ndlovudan danışıb.

 

Sportarena.az xəbər verir ki, 64 yaşlı mütəxəssis Ndlovunun “Qarabağ”dakı oyunlarını diqqət mərkəzində saxladığını deyib:

 

“Daha əvvəl də dediyim kimi, Ndlovunun oynadığı çempionat dünyada heç də ən yaxşılardan deyil, lakin bir oyunçu qol vurursa, inam yaradır. Buna görə, onun Çempionlar Liqasında oyunlarını izləyəcəm, hansı ki, bu turnir səviyyəli liqadı.

 

"Yuventus"un sabiq skautu onun "Kopenhagen"ə qarşı cavab oyununu izləyib. Ndlovu onda xoş təəssürat yaradıb.

Onunla görüşəndə milliyə dəvət edilə biləcəyini, lakin hazırda yığmada ciddi dəyişiklik barədə düşünmədiyimi demişdim. Heyəti daha öncə müəyyənləşdirmişdim. O da, öz üzərində çalışmağa davam edəcəyini bildirmişdi. Dünya çempionatının seçmə oyunuyla yanaşı yoxlama matçı da keçirsəydik, ona dəvət göndərərdim. Çünki Ndlovunu meydanda görmək istəyərdim. Lakin indiki halda onu təzyiq altında qoymaq istəmirəm”.

 

Stuart həmçinin, Ndlovunun Çempionlar Liqasının sentyabrın 12-də baş tutacaq “Çelsi”yə qarşı səfər matçından sonra Azərbaycan çempionatının o qədər də yaxşı olmadığı fikriylə razılaşa biləcəyini deyib:

 

“Ola bilsin, “Stemford Bric”də çox möhtəşəm oyun sərgiləsin, ancaq bu oyundan sonra Azərbaycan çempionatının o qədər də yaxşı liqa olmadığı fikriylə razılaşsın. O, Çempionlar Liqasındakı oyunuyla Avropanın böyük klublarının diqqətini cəlb edə bilər. Ona mesaj göndərdim və burdakı oyunundan həzz olmalı olduğunu bildirdim, o isə autsayder olmaqdan zövq alacaqları cavabını verdi”.


Digər xəbərlər

Xəbər xətti