Rövnəq Abdullayev Nyonda - ÇL-in finalına görə

16:17 5 Sentyabr 2017

Məlum olduğu kimi, Çempionlar Liqası və Avropa Liqası turnirlərinin 2019-cu ildə keçiriləcək final oyununun təşkili məqsədilə AFFA Bakı Olimpiya stadionunun namizədliyini irəli sürüb. 

 

Sportarena.az xəbər verir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev tərəfindən bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında Bakı şəhərinin final oyunlarına namizədliyi ilə bağlı hazırlanmış xüsusi prezentasiya təqdim olunub. Görüşdə AFFA-nın vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.

 

Oyunların keçiriləcəyi stadionlarla bağlı UEFA İcraiyyə Komitəsinin qərarı bu il sentyabrın 21-də açıqlanacaq.


Xəbər xətti