"Qəbələ" Avropa Klublar Assosiasiyasına üzv seçildi

16:52 5 Sentyabr 2017

"Qəbələ" klubu Avropa Klublar Assosiasiyasına (ECA) üzv qəbul olunub.

 

Sportarena.az xəbər verir ki, ECA-nın İsveçrənin Cenevrə şəhərindəki Baş Assambleyasında qəbul edilən qərara əsasən, "qırmızı-qaralar" ECA-da hələlik assosiativ üzv statusuna malik olacaqlar. Bu klub Topaz Premyer Liqasını tərk etmiş AZAL-ı əvəzləyib.  "Qəbələ"ni iclasda klubun baş meneceri Zaur Əzizov təmsil edib.

Qeyd edək ki,  bundan əvvəl "Qarabağ" və "Neftçi" qurumda tamhüquqlu üzv statusuna malik olub.


Digər xəbərlər

Xəbər xətti