“Kəpəz” klubu Peşəkar Futbol Liqasına müraciət edib.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, klub ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda təmir işlərinin yekunlaşmadığını əsas gətirərək 4-cü turun oyun cədvəlində dəyişiklik edilməsini xahiş edib. Belə ki, klub 4-cü turun “Kəpəz” - “İnter” görüşünun “İnter” - “Kəpəz” matçı kimi qeydə alınmasını xahiş edib. Bütün bunları və "İnter"in razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqası aşağıdakı qərarları qəbul edib:
Azərbaycan Premyer Liqasının 4-cü turunun “Kəpəz” - “İnter” matçı 9 sentyabr tarixdə “İnter Arena”da keçirilsin.
4-cü turda meydan sahibi “İnter” klubu, hər iki klubun iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi kimi “Kəpəz” klubu təsdiq edilsin.