Yaşar Vahazadə: "Bir Mahirlə hər şey həll olunmur"

Sportarena.az      5 Sentyabr 2018, 21:42

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində evdə İrlandiyaya uduzan (1:3) Azərbaycan millisinin baş məşqçisi Yaşar Vahabzadə oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Vahabzadə əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

 

- İsraillə oyundakı məğlubiyyətdən sonra uşaqlar özünü yaxşı göstərməyə çalışdılar. İlk hissədə pis oynamadıq. Ancaq hətta uşaqların belə etmədiyi səhvlər edərək iki qol buraxdıq. İkinci hissədə isə qırmızı vərəqə aldıq, bununla da, oyunun axarı dəyişdi.

 

- Qırmızı vərəqəni oyunun dönüş nöqtəsi kimi qeyd etdiz. Ancaq bunadək hesab 1:3 idi...
- Qırmızı vərəqənin oyunun dönüş nöqtəsi olduğunu demirəm. Sadəcə, ondan sonra bir az da çətin vəziyyətə düşdük.

 

- U-21 millisində bu qədər legionerin olması normaldı?
- Bu oyunçuların dəvət olunmasına səbəb rəqabətin yaradılmasıdı.

 

- Yaşar müəllim, bu, klub deyil axı, millidi. Belədisə, bəs çempionat nəyə lazımdı?
- Çempionatda da özünü göstərən oyunçulara şans veririk. Ancaq indiki halda heyətlə bağlı problemlərimiz var.

 

- Mahir Mədətovun oyunundan razı qaldız?
- Bəli, razı qaldım. Sadəcə, ayağında ağrılar olduğuna görə onu əvəz etməli oldum. Bir Mahirlə hər şey həll olunmur.

 

- Qəbul edirsiz ki, bu, tarixin ən zəif millisidi?
- Mən oyunçuya ancaq taktiki gedişləri deyə bilərəm. Top saxlamağı onlara öyrədə bilmərəm axı. İsraillə oyunda iki dəfə topu onlara özümüz verdik ki, “gedin qol vurun”.

 

- Deməli, PFL-in çempionatda tətbiq etdiyi 21 yaş limitinin heç bir xeyri yoxdu?
- Ölkə çempionatında 21 yaşlı oyunçulardan mərkəz müdafiəçisi kim oynayır, ya da qapıçı. Hücumda bircə Mahir var. Müdafiəçilərin heç biri əsas heyətdə oynamır. Elə olur, eyni mövqeyə 3 oyunçu dəvət edirəm. Bu oyunçulara təcrübə lazımdı. Çox oynamalıdılar. Bəzi oyunçular var ki, limitə görə klublarında oynasalar da, orda da zəif çıxış edirlər. Bunu deməklə özümə bəraət qazandırmaq istəmirəm. Ancaq reallıq budu.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin