"Qarabağ"ın yeni transferi Bakıya gəldi - “Qarabağ” üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”

Sportarena.az      6 Sentyabr 2018, 10:51

“Qarabağ”ın yay transfer pəncərəsində heyətinə qatdığı Pedro Enriko artıq Bakıya gəlib. 

 

Sportarena.az xəbər verir ki, braziliyalı futbolçu klubun rəsmi saytına açıqlama verib. O, Ağdam təmsilçisinə keçidi və gələcək hədəfləri haqda danışıb:

 

“Qarabağ”a gəlməmişdən əvvəl komandanın uğurları və hədəfləri haqda maraqlandım. Komanda, azarkeşlər və Bakı haqda artıq məlumatım var. Bakı da olduqca gözəl şəhərdi. Klubun bazasıyla tanış oldum, burada futbolçu üçün hər cür şərait yaradılıb. Bakıya gəlməmişdən bir gün əvvəl də Riçard Almeydayla danışdım, o da kifayət qədər məlumat verdi.

 

“Qarabağ”ın sabiq komandam PAOK-la oynadığı haqda da məlumatım var idi. Həmin ilin qışında Yunanıstan klubuna keçdim. “Qarabağ” Azərbaycan futbol tarixində Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk klubdu. Mən də bura öz oyunumla komandama kömək etməyə gəlmişəm. Yarımmüdafiənin həm sağ, həm də sol cinahında oynaya bilirəm. Komandada rəqabətin olması hamımızın xeyrinədi. “Qarabağ” üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin