"Lester"də transfer şoku - FİFA onun keçidinə icazə vermədi

11:49 6 Sentyabr 2017

“Lester” Adrien Ailvanı iştirak ərizəsinə daxil edə bilməyəcək.

 

Sportarena.az xəbər verir ki, buna FİFA icazə verməyib. “Lester “Sportinq”dən aldığı futbolçunun sənədlərini transfer pəncərəsi bağlanana qədər FİFA-ya göndərə bilməyib. “Tülkülər” əlavə 2 saat vaxt istəsələr də, FİFA onların xahişini nəzərə almayıb. Ona görə də, Silva qışa qədər “Lester”in heyətində oynaya bilməyəcək.

 

Onun “Sportinq”ə qayıdacağı, yoxsa “Lester”də qalıb məşq edəcəyi barədə məlumat verilmir.


Xəbər xətti