Dünya çempionatına vəsiqə qazandılar, fantastik mükafat aldılar

14:15 6 Sentyabr 2017

Dünya çempionatına vəsiqə qazanan Səudiyyə Ərəbistanı millisinin üzvləri böyük məbləğdə pul mükafatı alacaq.

 

Sportarena.az xəbər verir ki, Səudiyyə şahzadəsi Məhəmməd bin Salman Əl Səid millinin üzvlərinin hər birinə mundiala vəsiqə qazandıqları üçün 1,1 milyon dollar verəcəyini vəd edib. Bu məbləğ idman tarixində qazanılan uğur üçün verilən ən böyük mükafatdı.

 

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsinin Asiya zonasında evdə Yaponiyaya 1:0 hesabıyla qalib gələn ərəblər, B qrupunu 2-ci pillədə başa vuraraq, Rusiyada təşkil ediləcək mundiala vəsiqə qazanıb.


Xəbər xətti