FİFA püşkatmanın vaxtını və yerini açıqladı

16:13 6 Sentyabr 2017

FİFA DÇ-2018-in Avropa zonası üzrə seçmə pley-off mərhələsinin püşkatmasının vaxtını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, püşkatma bu il oktyabrın 17-də Sürix şəhərində keçiriləcək.

 

Avropa zonasında 9 qrupun qalibi DÇ-2018-in final mərhələsinə birbaşa vəsiqə qazanacaq. 8 ən yaxşı qrup ikincisi isə dörd cütlüyə bölünəcək və pley-offda mübarizə aparacaq. Qaliblər Rusiyada keçiriləcək final mərhələsində oynamaq hüququ əldə edəcək.

 

Qeyd edək ki, artıq bir komanda - H qrupunun lideri olan Belçika mundiala birbaşa vəsiqə qazanıb.


Digər xəbərlər

Xəbər xətti