UEFA "Qarabağ"a 2 milyon avro göndərdi

17:20 6 Sentyabr 2017

UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ”ın hesabına pul köçürüb.

 

Sportarena.az xəbər verir ki, UEFA-dan AFFA-ya daxil olmuş 06.07.2017-cil tarixli, 38 saylı məktuba əsasən, Çempionlar Liqası turnirinin pley-off mərhələsində qazandığı qələbə ilə əlaqədar UEFA-nın ayırdığı 2.000.000.00 avro (iki milyon) bonus vəsait AFFA-nın vasitəsilə “Qarabağ” klubunun hesabına köçürülüb.

 

“Qarabağ” ÇL-in qrup mərhələsində “Çelsi”, “Atletiko” və “Roma” ilə eyni qrupda mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti