"Qarabağ" müraciət etdi - "Çelsi" ilə səfər oyununa bilet almaq istəyənlərə

18:25 6 Sentyabr 2017

Bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq “Qarabağ” azarkeşlərinə müraciət edib.


Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisinin rəsmi saytı vasitəsilə azarkeşlərə etdiyi müraciəti olduğu kimi təqdim edirik:


“Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ımızın "Çelsi"ylə səfər matçını stadiondan izləmək istəyən azarkeşlərimizdən oyunun biletlərini əldə etmək üçün aşağıdakı nömrəylə əlaqə saxlamaları xahiş olunur.  Ödənişlər yalnız funt-sterlinqlə həyata keçirilir. Bir biletin qiyməti 35 funt-sterlinqdir”

 

(055) 400-49-18.


Qeyd edək ki, “Çelsi” – “Qarabağ” matçı sentyabrın 12-də start götürəcək.


Digər xəbərlər

Xəbər xətti