Raufun siftəsi uğursuz oldu

10:14 7 Sentyabr 2017

Futbol üzrə Albaniya Super Kuboku uğrunda oyun keçirilib.

 

Sportarena.az xəbər verir ki, həlledici oyunda azərbaycanlı hücumçu Rauf Əliyevin bu yay müqavilə imzaladığı son ölkə çempionu “Kukesi” ilə Albaniya kubokunun qalibi “Tirana” qarşılaşıb. Matçın taleyini bir qol həll edib. Tiranalılar yeganə qol sayəsində həm matçın, həm də Super Kubokun qalibi olublar.

 

Rauf da bu oyunun iştirakçısı olub. Yeni komandası ilə ilk dəfə rəsmi oyuna çıxan və 17 nömrəli formanı geyinən futbolçumuzun debütü uğursuz alınıb. O, komandasının məğlub olduğu görüşə start heyətdə başlayıb və fasilədə əvəzlənib.


Digər xəbərlər

Xəbər xətti