"Neftçi" darmadağınla qalib gəldi

10:32 7 Sentyabr 2017

"Neftçi” Azərbaycan milli komandasının DÇ-2018-in seçmə mərhələsindəki oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilə zamanı ikinci yoxlama oyununu keçirib.

 

Sıportarena.az xəbər verir ki, əvəzedici heyəti ilə oyun əsas komandanın 5:1 hesablı qələbəsi ilə nəticələnib. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutmuş görüşdə əsas komandanın qollarını Daniel Seqoviya, Derlis Meza Kolli, Uqo Barqas, Elnur Cəfərov və Namiq Ələsgərov vurublar. Əvəzedici komandadan isə Qədir Bayramlı fərqlənib.

 

Xatırladaq ki, “Neftçi” ilk yoxlama oyununda MOİK-ə 3:0 hesabı ilə qalib gəlmişdi.

 

Əsas komanda: Rəşad Əzizli, Pavel Dreksa, Kirilo Petrov, Məqsəd İsayev, Anton Krivotsyuk, Ruslan Abışov, Kənan Mirzəliyev, Ömər Buludov, Rəhman Hacıyev, Derlis Meza Kolli, Daniel Seqoviya

 

Meydana sonradan daxil olanlar: Sənan Əlizadə, Mateo Mujek, Namik Ələskərov, Uqo Barqas, Fəhmin Muradbəyli, Məhəmməd Mirzəbəyov, Tərzin Cahangirov, Elnur Cəfərov

 

Əvəzedici komanda: Maksim Vaylo, Elvin Sərkərov, Azər İsmayılov, Rəhman Daşdəmirov, Şöhrət Yusifov, Qədir Bayramlı, Orxan Sabirbəyli, Heydər Babayev, Cavidan Qasımlı, Əli Şirinov, Tural Əliyev

 

Meydana sonradan daxil olanlar: Elvin İmanlı, Fərid Mahmudov, Ruzigar İbrahimzadə, Xəyal Tomarov, Murad Hüseynov


Xəbər xətti