“Qarabağ” - “Roma” matçının biletləri satışa çıxarılır

12:34 7 Sentyabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək "Qarabağ"-"Roma" (İtaliya) oyununun biletləri sentyabrın 7-i saat 17:00-dan etibarən satışa çıxarılacaq.
 
Sportarena.az xəbər verir ki, biletlərin qiyməti 2-50 manat arasında dəyişir. Azarkeşlər biletləri "ASAN” Xidmət Mərkəzləri, Heydər Əliyev Sarayının kassası, "28 Mall”, "Gənclik” Mall, "Park Bulvar” alış-veriş mərkəzləri, 69x və iTicket köşklərindən əldə edə bilərlər.
 

Biletləri alarkən, eləcə də stadiona daxil olarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq imkanı olacaq.

 

Biletlərin qiymətləri:

VIP - 50 AZN
Kateqoriya 1 - 20 AZN
Kateqoriya 2 - 10 AZN
Kateqoriya 3 - 5 AZN
Kateqoriya 4 - 2 AZN

 

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da başlayacaq.


Xəbər xətti