Hazard "Qarabağ"a qarşı oynayacaq?

13:24 7 Sentyabr 2017

“Çelsi”nin yarımmüdafiəçisi Eden Hazard “zadəganlar”ın heyətində yeni mövsümdə ilk oyununu Çempionlar Liqasının qrup mərhələsində, “Qarabağ”a qarşı keçirə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Xəbərdə London təmsilçisinin baş məşqçisi Antonio Kontenin uzun müddət zədə səbəbindən kənarda qalan belçikalı futbolçuya şənbə günü baş tutacaq İngiltərə Premyer Liqasının “Lester”lə səfər oyununda yox, məhz təmsilçimizlə qarşılaşmada şans verməyi planlaşdırdığı qeyd edilib.

 

Hazard bir neçə gün öncə, Belçika millisinin heyətində DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutmuş Cəbəllütariq (9:0) və Yunanıstanla (2:1) oyunlarda cəmi 93 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində baş tutacaq “Çelsi” - “Qarabağ” oyunu sentyabrın 12-də, Bakı vaxtıyla saat 22:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti