Elyunussi: “Qarabağ” “Rusenborq”u məğlub etdiyi vaxtdan yadımda qalmışdı"

17:15 7 Sentyabr 2017

“Qarabağ”ın yeni transferi Tarik Elyunussi bu gün Azərbaycana gələrək komandaya qoşulub.

 

Sportarena.az xəbər verir ki, Elyunussi “Qarabağ”a keçidi haqda fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib:

 

“Azərbaycanın ən güclü komandasına gəldiyim üçün xoşbəxtəm. Bu komandadan təklif gələndə təəccüblənmədim. Hətta “Qarabağ” “Rusenborq”u məğlub etdiyi vaxtdan yadımda qalmışdı.

 

“Qarabağ”ın gücü bəllidi, bu mövsüm Azərbaycan futbol tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparacaq, güclü qrupda yer almışıq. Amma buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, “Qarabağ”ı layiqincə təmsil edək. Buna da inanıram.

 

Komandanın son günlərdə hücumameyilli futbolçular transfer etdiyini bilirəm. Bu rəqabət ancaq komandanın xeyrinə olacaq, keyfiyyətin artmasına kömək edəcək. Mən də “Qarabağ”ın uğur qazanmasını üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”.


Digər xəbərlər

Xəbər xətti