“Liverpul”un sabiq üzvü karyerasını erkən bitirdi - Zədələrə görə

11:16 8 Sentyabr 2017

İngiltərənin “Liverpul” klubunun sabiq müdafiəçisi Xose Enrike karyerasını başa vurub.

 

Sportarena.az xəbər verir ki, buna onun zədədən əziyyət çəkməsi səbəb olub. İspaniyalı futbolçu dizindəki zədəyə görə karyerasına 31 yaşında son qoymaq qərarına gəlib.

 

Enrike geridə qalan mövsümdə “Saraqosa”da 27 oyuna çıxıb. O, karyerası ərzində bu iki klubdan əlavə, “Levante”, “Valensiya”, “Selta”, “Vilyarreal” və “Nyukasl” komandalarının da formasını geyinib.


Digər xəbərlər

Xəbər xətti