“Roma”nın müdafiəçisi: “Qarabağ”ı yaxşı tanıyıram"

12:20 8 Sentyabr 2017

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Roma”nın müdafiəçisi Xuan Jesus İtaliya mətbuatına müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, braziliyalı müdafiəçi müsahibə zamanı Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərini də dəyərləndirib. 3 il öncə, Avropa Liqasının qrup mərhələsində, “İnter”in heyətində “Qarabağ”a qarşı çıxış etmiş Jesus Ağdam klubunu tanıdığını deyib:

 

“Çətin qrupa düşmüşük. Lakin biz öz gücümüzə bələdik. Qrupda “Çelsi”, “Atletiko” və “Qarabağ” kimi komandalarla mübarizə aparacağıq. “Qarabağ”a qarşı bir neçə il əvvəl, Avropa Liqasında “İnter”in heyətində çıxış etmişəm. Buna görə, bu komandanı yaxşı tanıyıram. İtaliyadakı ilk görüşdə onlara qarşı oynamışam. Ümumiyyətlə, Çempionlar Liqası çox gözəl və çətin marafondu”.

 

Xatırladaq ki, “Roma” və “Qarabağ” arasında ilk görüş sentyabrın 27-də, Bakıda baş tutacaq.

 


Xəbər xətti