Reynaldo klubsuz qaldı

13:49 8 Sentyabr 2017

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silva klubsuz qalıb. 

 

Sportarena.az xəbər verir ki, braziliyalı futbolçu ötən mövsüm üz tutduğu "Adanaspor" klubundan göndərilib. Türkiyə mətbuatının yaydığı xəbərə görə, "sambaçı"nın müqaviləsinə klub tərəfindən xitam verilib.  

 

Qeyd edək ki, Reyaldo 2013-cü ilin yanvar ayından 2017-ci ilin yanvar ayınadək "Qarabağ"da çıxış edib. Hücumçu Ağdam klubunda 4 il ərzində bir sıra titullara yiyələnib. Ardıcıl 3 dəfə - 2013/14, 2014/15 və 2015/16 mövsümlərində Azərbaycan çempionu, 2014/15 və 2015/16 mövsümlərində isə Azərbaycan kubokunun qalibi olub.


Xəbər xətti