UEFA-dan hakimlərimizə etimad - "Beşiktaş"ın və seçmə mərhələ oyunları

Sportarena.az      8 Sentyabr 2018, 16:00

Azərbaycanlı FİFA referiləri bir oyuna və turnirlərə təyinat alıblar. 

Sportarena.az xəbər verir ki, Rəhim Həsənov sentyabrın 26-da, İstanbulda keçiriləcək UEFA Gənclər Liqasının "Beşiktaş" - "Leyptsiq" oyununu idarə edəcək. 

Əliyar Ağayev isə 19 yaşlı futbolçular arasında keçirilən Avropa çempionatının ilkin seçmə mərhələsində  12-ci qrupun oyunlarında idarəçilik edəcək.

UEFA Gənclər Liqası
26 sentyabr. “Beşiktaş” (Türkiyə) - “Leyptsiq” (Almaniya)
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Akif Əmirəli

 

U-19 AÇ-nin ilkin seçmə mərhələsi
12-ci qrup: Ukrayna, Monteneqro, Norveç, Albaniya
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov
Oyunlar 3 -11 oktyabr tarixlərində Albaniyada keçiriləcək

 

U-17 AÇ-nin ilkin seçmə mərhələsi
12-ci qrup: Polşa, İsveç, Kipr, San Marino
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov
Oyunlar 16 oktyabr – 24 oktyabr tarixlərində Kiprdə keçiriləcək

 

U-17 AÇ-nin ilkin seçmə mərhələsi
1-ci qrup: Belçika, İsveçrə, Şimali İrlandiya, Malta
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov
Oyunlar 25 oktyabr – 2 noyabr tarixlərində Maltada keçiriləcək

 

U-17 (qızlar) AÇ-nin ilkin seçmə mərhələsi
8-ci qrup: Norveç, Macarıstan, Bolqarıstan, Moldova
Hakimlər: Yuliya Qurbanova, Gülyana Güvəndiyeva
Oyunlar 22-28 sentyabr tarixlərində Macarıstanda keçiriləcək

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin