Millimizin oyunlarının vaxtı açıqlandı

10:41 9 Sentyabr 2017

 

19 yaşadək qızlardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyunlarının təqvimi açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının da oyunlarının vaxtı müəyyənləşib.

 

Komandamız 4-cü qrupda Albaniya, Ukrayna və İspaniya ilə mübarizə aparacaq. İlk oyunumuz oktyabrın 25-də Ukraynaya qarşı olacaq. Ayın 28-də İspaniya ilə qarşılaşacaq millimiz son görüşünü qrup oyunlarına ev sahibliyi edəcək Albaniyaya qarşı keçirəcək. Bu görüş isə oktyabrın 31-də baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti