Sabiq komandasına Eddini məyus etdi

10:58 9 Sentyabr 2017

Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 4-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Ximnastik" də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Kadis”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.Eddi də bu görüşün iştirakçısı olub. O, sabiq komandasına qarşı oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

 

"Ximnastik" 4 oyuna cəmi 1 xal toplayıb və hazırda 22 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.


Xəbər xətti