Prosineçki Xorvatiya millisində? - AÇIQLAMA

12:39 9 Sentyabr 2017

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, xorvat mütəxəssis gələcək karyerası ilə bağlı da danışıb. O, ölkəsinin yığmasına baş məşqçi postuna gətiriləcəyi ilə bağlı yayılan infromasiyalara münasibət də bildirib:

 

“AFFA ilə müqaviləm bu ilin dekabrında başa çatacaq. Yeni müqavilə ilə bağlı danışıq aparmamışıq. Düzü, necə olacağını bilmirəm. Mətbuatda adımın Xorvatiya millisi ilə yanaşı çəkilməsinə gəlincə, KİV-də yayılan məlumatları bilirəm. Ancaq bu günədək mənimlə Xorvatiya yığmasının baş məşqçisi olmaq barədə söhbət olmayıb. Azərbaycan millisinin “sükanı arxasında” olduğum vaxtda bu barədə danışmaq düzgün olmaz. Gələcəkdə necə olacaq, bilmirəm”.


Xəbər xətti