"Səbail"dən "Binə"yə "4"

15:35 9 Sentyabr 2017

Topaz Premyer Liqasının 4-cü turunda “Qarabağ”la oyunu məlum səbəblərdən təxirə salınan “Səbail” yoxlama oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, çempionatımızın debütantı Birinci Divizionda iştirak edəcək “Binə” ilə qarşılaşıb. Elita təmsilçisi bu oyunda rəqibini darmadağın edib - 4:0.

 

“Dalğa Arena”nın ehtiyat meydançasında baş tutan matçda Vüqar Nadirov dubla imza atıb. Digər qolları isə Renan Telles və Elman Taqayev vurub.


Xəbər xətti