AFFA 8 kluba 3 gün vaxt verdi

Sportarena.az      9 Sentyabr 2018, 16:18

Bu gün AFFA və PFL-in birgə komissiyası 1-ci divizionda çıxış etmək istəyən klublardan daxil olan müraciətlərə baxıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə federasiyanın saytı məlumat yayıb. Müraciətlərə baxılandan sonra aşağıdakı qərar qəbul olunub:

 

1. Sənədləri qaydasında olan 8 klubun 1-ci divizionda iştirakına icazə verilib:
“Mil-Muğan”, “Qaradağ Lökbatan”, “Turan-Tovuz”, “Ağsu”, “Zaqatala”, “Vətən”, “Şüvəlan” və MOİK.

2. Müraciət etmiş aşağıdakı klublara isə sənədlərini tam təqdim etmək üçün 12 sentyabr saat 18:00-dək vaxt verilib:
“Binə” FK, “Şahdağ” (Qusar), “Göyəzən”, “Göyçə”, “Xəzər”, “Karvan”, “Energetik” və “Bakılı”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin