Sportarena.az
24 Sentyabr 2017

Diniyev: "Əldə etdiyimiz fürsətlərdən istifadə edə bilmədik"

12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasının 4-cü turunda səfərdə “İnter”ə uduzan (2:3) “Kəpəz”in baş məşqçisi Şahin Diniyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Diniyev öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Belə oyundan sonra danışmaq çox çətindi. Komanda yeni formalaşıb. Yayda komandaya 15 yeni futbolçu qoşulub. Birinci dəstədən, əvəzedicidən komandaya cəlb olunan futbolçu çoxdu. Onların uyğunlaşması üçün vaxt lazımdı. Təəssüf ki, əldə etdiyimiz fürsətlərdən istifadə edə bilmədik. Ancaq heç nədən qollar buraxdıq. Əvvəl də dediyim kimi, bizdə oyunun taleyini dəyişəcək oyunçu yoxdu. İlk 3 oyundan fərqli olaraq, bu matçda qol fürsətləri yarada bildik. İnanıram ki, bu komandanı ayağa qaldıra biləcəyik. Hələ heç nə bitməyib. Ötən mövsümə də pis başlamışdıq. Ancaq sonradan özümüzə gəldik. Heç nəyə baxmayaraq, “Kəpəz”ə sonuncu pillə yaraşmır. Məncə, bu gün məğlubiyyətə layiq deyildik.

 

- Azər Məmmədovu əvəz etdikdən sonra oyunu tribunadan izlədi.
- Onu əvəzləməyimə səbəb heç də zəif oyunu deyildi. 2 qol buraxdıqdan sonra hücumameyilli oyunçu buraxmalı idim. Buna görə, Azəri əvəzlədim.

 

- İkinci hissədə Əliyar Ağayev sizə yaxınlaşıb xəbərdarlıq etdi. Sonra isə gülərək oradan uzaqlaşdı. Aranızda hansı dialoq yaşandı?
- Mən heç vaxt qaydaları pozmuram. Həmin vəziyyətdə də ciddi bir şey olmamışdı. Sadəcə, xəbərdarlıq etdi. Oyun zamanı bir qədər emosional ola bilərəm. Lakin heç vaxt kimisə təhqir etmirəm.

Tarix
09.09.17 [19:58]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

24 Sentyabr
23 Sentyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio