Rauf Əliyev "Kukesi"nin qələbəsində pay sahibi oldu - VİDEO

10:44 10 Sentyabr 2017

Futbol üzrə Albaniya çempionatında 2017/18 mövsümünə start verilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı hücumçu Rauf Əliyevin formasını geyindiyi “Kukesi” də yeni mövsümdə ilk matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Kamza” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

 

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. O, Albaniya çempionatındakı debüt matçında fərqlənməyi də bacarıb. Belə ki, fasilədən sonra meydana çıxan futbolçumuza qarşı cərimə meydançasında kobudluq edilib və qonaqların qapısına təyin olunan penaltini komanda yoldaşı dəqiq yerinə yetirərək “Kukesi”yə qələbə qazandırıb.

 

 


Xəbər xətti