"Səbail" "Qarabağ"a qalib gəldi

11:52 10 Sentyabr 2017

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində də 4-cü tura start verilib.

 

Sportarena.az xəbər verir ki, turun açılış matçında “Səbail” “Qarabağ”ı qəbul edib. Binə qəsəbə stadionunda keçirilən oyunda səbaillilər 2 cavabsız qolla qalib gəliblər. Hər iki qolu penaltini dəqiq yerinə yetirən Aslan Hüseynov vurub.

 

Əvəzedicilərin çempionatı, 4-cü tur
9 sentyabr

Səbail - Qarabağ 2:0
Qollar:
Aslan Hüseynov, 32-pen.; 71-pen.


Digər xəbərlər

Xəbər xətti