Emin Mahmudov "Neftçi"də?

Sportarena.az      10 Sentyabr 2018, 15:33

Millimizin üzvü Emin Mahmudovun yeni klubu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Futbol11.az məlumat yayıb. Portuqaliyanın "Boavişta" klubundan ayrılan futbolçu karyerasını ölkəmizdə davam etdirəcək. 



Məlumata görə, yarımmüdafiəçi "Neftçi" klubu ilə anlaşıb. Bu gün ölkəmizə gələn futbolçu yaxın günlərdə "ağ-qaralar"la rəsmi müqavilə imzlayacaq. Onun paytaxt klubu ilə imzalayacağı müqavilənin detalları bəlli deyil. 


Qeyd edək ki, Rusiyanın "Saturn" klubunun yetirməsi olan 25 yaşlı futbolçu karyerası ərzində "Spartak", "Tom", "Krlya Sovetov" və "Mordoviya" kimi klublarda top qovub. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin