“Çelsi” - “Qarabağ” oyununun hakimləri açıqlandı

16:21 10 Sentyabr 2017

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində baş tutacaq “Çelsi” - “Qarabağ” oyununun hakimlərini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, görüş yunanıstanlı hakimlər briqadasına həvalə edilib. Matçın baş hakimi Tasos Sidiropulos olacaq. Ona həmyerliləri Polikronis Kostaras və Lazaros Dimitriadis kömək edəcəklər. Əlavə köməkçi hakimlər Xaralambos Kaloqeropulos və Aleksandros Aretopulos olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını isə Damianos Eftimiadis yerinə yetirəcək.

 

“Çelsi” - “Qarabağ” oyunu sentyabrın 12-də, Bakı vaxtıyla saat 22:45-də Londonun “Stemford Bric” stadionunda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti