Araz oynadı, komandası lider oldu

10:31 11 Sentyabr 2017

Futbol üzrə Kipr çempionatında 3-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi "Anortosis" də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Aris Limassol”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

 

Araz da bu görüşün iştirakçısı olub. 46-cı dəqiqədə meydana çıxan millimizin üzvü komandasının qələbə qazanmasında pay sahibi olub.

 

Geridə qalan turlarda 7 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında liderdi.


Digər xəbərlər

Xəbər xətti