"Neftçi"yə qol vuran futbolçu: "Sonrakı oyunlarda da azarkeşlərimizi sevindirməyə çalışacağıq" - AÇIQLAMA + VİDEO

11:10 11 Sentyabr 2017

Azərbaycan Premyer Liqasının 4-cü turunda “Sumqayıt” evdə “Neftçi”ni 1:0 hesabıyla məğlub etdi.

 

Sportarena.az xəbər verir ki, matçdan sonra “kimyaçılar”ın yeganə qolunun müəllifi Amil Yunanov və müdafiəçisi Bəxtiyar Həsənalızadə klubun saytına açıqlama verib.

 

Amil Yunanov: “Çox çətin oyun oldu. Üzərimizdə məsuliyyət çox idi. Çünki ardıcıl iki oyunda - “Qəbələ” və “Zirə”yə uduzmuşduq. Həmin oyunlarda yaxşı çıxış etmişdik. Sadəcə, bəxtimiz gətirməmişdi. Bu oyunda qələbə qazanıb, azarkeşlərimizi sevindirməliydik. Şükür qələbə qazandıq. Çalışacağıq, bundan sonrakı oyunlarda qələbələri sıralayaq. Çox yaxşı komandamız var. Bundan sonrakı oyunlarda da azarkeşlərimizi sevindirməyə çalışacağıq. Onlara da təşəkkür edirəm ki, ev oyunlarında bizi tək buraxmırlar”.

 

Bəxtiyar Həsənalızadə: “Vacib oyun idi. Bu matça çox ciddi, həftə boyu hazırlaşmışdıq. Nə edəcəyimizi yaxşı bilirdik. Uşaqlar baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirdilər. Bunun da sayəsində qələbə qazandıq. Bu qələbə bizim üçün çox vacib idi. Növbəti oyunlarda da qələbə qazanıb, mövqeyimizi bir az da yaxşılaşdırmaq istəyirik”.


Digər xəbərlər

Xəbər xətti