Konte: "Qarabağ"la oyunu böyük səbirsizliklə gözləyirik"

12:38 11 Sentyabr 2017

“Çelsi”nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyun barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, Konte turnirdəki iddiaları barədə də məlumat verib. O, “Qarabağ”la oyunu səbirsizliklə gözlədiklərini bildirib :

 

“Biz Çempionlar Liqasından vəcdə gəlirik. “Qarabağ”la oyunu böyük səbirsizliklə gözləyirik. Mənim vəzifəm yalnız oyun barədə düşünmək, futbolçularımla işləməkdi. Ötən mövsüm heç kim bizim çempion olacağımıza inanmırdı. Böyük komandaya başçılıq edirsizsə, ondan sizdən gözləntilər də çox olacaq. Biz belə təzyiqə hazır olmalıyıq. Mən həmişə təzyiq göstərməyi xoşlayıram. O cümlədən, özümə də təzyiq göstərirəm”.

 

Qeyd edək ki, “Çelsi” - “Qarabağ” matçı sabah Bakı vaxtı ilə saat 22:45-də start götürəcək


Digər xəbərlər

Xəbər xətti