Qurban Qurbanovun mətbuat konfransının vaxtı müəyyənləşdi

12:55 11 Sentyabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin ilk matçları çərçivəsində “Qarabağ” sabah səfərdə İngiltərənin "Çelsi" klubunun qonağı olacaq.

 

Sportarena.az xəbər verir ki, bu gün Bakı vaxtıyla saat 21:15-də təmsilçimizin baş məşqçisi Qurban Qurbanov  media mənsublarının suallarını cavablandıracaq. Bakı vaxtıyla saat 21:45-də isə ağdamlılar qarşılaşmanın keçiriləcəyi "Stamford Bridge" stadionunda oyunöncəsi son məşqinə çıxacaq. 

 

Qeyd edək ki, "Çelsi” – “Qarabağ” matçı sabah saat 22:45-də start götürəcək.


Digər xəbərlər

Xəbər xətti