"Real" "El klassiko"nun vaxtını dəyişdirdi

14:35 11 Sentyabr 2017

İspaniya çempionatının 17-ci turunda keçiriləcək “Real” - “Barselona” oyununun vaxtı dəyişdirilib.

 

Sportarena.az xəbər verir ki, “el klasiko” dekabrın 23-də, günorta saatlarında keçiriləcək. Qarşılaşma əvvəlcə dekabrın 20-nə planlaşdırılmışdı.

 

Vaxtın dəyişməsinə səbəb isə “Real”ın klublararası dünya çempionatında çıxışı olub. “Kral klubu” dekabrın 6-dan 16-na qədər bu turnirdə iştirak edəcək. Buna görə də, “Real” federasiyaya müraciət edərək, “el klasiko”nun vaxtının dəyişdirilməsini xahiş edib.


Xəbər xətti