Sportarena.az
24 Noyabr 2017

Tərlan Əhmədov rəsmən "Neftçi"də!

12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neftçi”də Elxan Abdullayevin istefasından sonra boş qalmış baş məşqçi postuna təyinat baş tutub.

 

Sportarema.az, bu haqda klubun saytı məlumat yayıb. Komandanı Tərlan Əhmədov çalışdıracaq. Onunla mövsümün sonunadək müqavilə bağlanıb. Tərlan Əhmədov bu gün saat 17:00-da komandanı məşqə çıxaracaq.

 

Topaz Premyer Liqasının V turunda sentyabrın 16-da baş tutacaq "Neftçi” – "Zirə” oyunundan bir gün əvvəl yeni baş məşqçinin rəsmi təqdimatı ilə bağlı mətbuat konfransı keçiriləcək.

 

Qeyd edək ki, Tərlan Əhmədov 1989-1991, 1998-2002-ci illər ərzində "Neftçi”də çıxış edib, 117 oyunda 6 qol vurub. 1999-cu ildə ölkə kubokunun qalibi olub və Azərbaycanın ən yaxşı futbolçusu seçilib. 1992-2005-ci illər ərzində milli komandada 75 oyun keçirib. 45 yaşlı mütəxəssis 2011-2013-cü illərdə "Neftçi”də məşqçi vəzifəsində çalışıb. Həmin müddətdə komandamız Azərbaycan çempionatının (2012, 2013) və kubokunun (2013) qalibi olub, futbol tariximizdə ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb (2012).

Tarix
11.09.17 [14:51]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

24 Noyabr
23 Noyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio