Ramil Quliyev: "Qarabağ" daha böyük uğurlar qazanmağa qadirdir"

15:14 11 Sentyabr 2017

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasından danışıb.
 

Sportarena.az xəbər verir ki, Superliqa son turu çərçivəsində "Başakşəhər"lə matçı (2:3) stadiondan izləyən Quliyev bu barədə "Anadolu" agemtliyinə açıqlama verib. 27 yaşlı atlet “Qarabağ”ın tarixi uğur qazandığını söyləyib:


"Qarabağ"ın Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil etməsi məni çox sevindirdi. Bu  Azərbaycan futbolunun uğurudur. "Qarabağ" daha böyük uğurlar qazanmağa qadirdir. Ümid edirəm, yaxşı nəticələr qazanaraq bizi daha da qürurlandıracaqlar".
 

O, həmçinin üzvü olduğu "Fənərbaxça" İK-nın futbol komandasının çıxışı barədə də fikirlərini bölüşüb:

 

"Mövsüm hələ yeni başlayıb, Hər şeyi dəyişmək olar. Komandaya yeni oyunçular transfer edildi. "Fənərbaxça"nın daha yaxşı oynayacağına inanıram".

 

Ramil həmçinin karyerasını başa vuran həmkarı Useyn Boltun futbol oynama ehtimalından da danşıb. O, bu suala qısa şəkildə -  "Bol rəsmi təklif alsa belə, futbol oynamaz" deyə cavab verib:

 

Qeyd edək ki, Ramil Quliyev ötən ay Londonda keçirilən dünya çempionatında kişilərin 200 metr məsafədə qaçış yarışında qalib olmuşdu. Quliyev avqustda Birmingemdə təşkil edilən "Brilliant Liqa"da da birinci olub.


Xəbər xətti