Əliyar Ağayev AL-in oyununa təyinat aldı

15:54 11 Sentyabr 2017

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin ilk turunda iş başında olacaq.

 

Sportarena.az xəbər verir ki, UEFA “Gimaraeş”- “Zalsburq” qarşılaşmasını Ağayevə həvalə edib. “Afonso Enrike” stadionunda keçiriləcək matçda ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Mübariz Həşimov ehtiyat hakim funksiyasını yerinə yetirəcəksə, əlavə hakim köməkçiləri Rəhim Həsənov və Orxan Məmmədov olacaq.

Sentyabrın 14-də keçiriləcək “Gimaraeş” - “Zalsburq” oyunu Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti