Yenə 4-cü tur, yenə 5 qol

17:46 11 Sentyabr 2017

Azərbaycan Premyer Liqasının 4-cü turunun “İnter” - “Kəpəz” oyunu ilk hissənin məhsuldarlığı ilə diqqət çəkib.

 

Sportarena.az xəbər verir ki, meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatan görüşdə bütün qollar ilk 45 dəqiqəyə təsadüf edib.

 

Azərbaycan çempionatlarında fasiləyədək bu qədər qolun vurulması sonuncu dəfə bir il əvvəl yaşanmışdı. Maraqlıdı ki, 2016/17 mövsümünün ən məhsuldar ilk hissəsi də 4-cü turda baş tutub. 2017-ci il sentyabrın 10-da keçirilən görüşdə “Neftçi” “Qəbələ” ilə üz-üzə gəlib. 8:0 hesabı ilə qalib gələn əyalət klubu bu qollardan 5-ni fasiləyədək vurub. Növbəti belə məhsuldar ilk yarı 364 gün sonra - yəni 1 ilə 1 gün qalmış qeydə alınıb.


Digər xəbərlər

Xəbər xətti