Viktor İqbekoyi üçün əlamətdar qol

Sportarena.az      11 Sentyabr 2018, 18:19

Azərbaycan Premyer Liqasının 4-cü turu “Zirə”nin futbolçusu Viktor İqbekoyi üçün əlamətdar olub.

 

Sportarena.az PFL-ə istinadən xəbər verir ki, “Qəbələ” ilə səfər matçında hesabı açan nigeriyalı Azərbaycan çempionatlarında yubiley qolunu vurub. Bu, Viktorun 50-ci qolu kimi tarixə düşüb. Afrikalı legioner “100”-ü özünün 273-cü oyununda yarılayıb.

 

İqbekoyi Azərbaycan çempionatlarında 50 və daha çox qol vuran 35-ci futbolçudu. Onadək yalnız iki legioner bunu bacardığından nigeriyalı 3-cü əcnəbidi. Legionerlərdən yalnız gürcüstanlılar Badri Kvaratsxeliya və Georgi Adamiya Viktoru qabaqlayır. 

 

2006/07 mövsümündən Azərbaycanda çıxış edən nigeriyalı 50 qolu 4 komandanın heyətində vurub. “Turan”da 16, “Qarabağ”da 6, AZAL-da 23 qol vuran afrikalı indiki klubunda 5-ci dəfə rəqib qapısına yol tapıb.

 

Qeyd edək ki, “Qəbələ” - “Zirə” oyunu 1:1 hesabı ilə nəticələnib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin