"Çelsi"də zədəli var - "Qarabağ"a qarşı oynamayacaq?

18:37 11 Sentyabr 2017

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah "Qarabağ"ı qəbul edəcək "Çelsi"də itki var.

 

Sportarena.az xəbər verir ki, London klubu transfer pəncərəsinin son günündə "Lester"dən heyətinə qatdığı Daniel Drinkuoter zədəlidi. Onun təmsilçimizlə sabahkı matça qədər hazır olub-olmayacağı məlum deyil.

 

Məhz oyun günü həkimlər baş məşqçi Antonio Konteyə yarımmüdafiəçinin durumu barədə hesabat verəcəklər.


Digər xəbərlər

Xəbər xətti