Konte: “Qarabağ”ın bir neçə oyunçusunu yaxşı tanıyıram"

21:27 11 Sentyabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində sabah “Qarabağ”ı qəbul edəcək “Çelsi”nin baş məşqçisi Antonio Konte oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, italyan mütəxəssis “Qarabağ”ın bir neçə futbolçusunu tanıdığını deyib:

 

“Qarabağ” yaxşı komandadı. Onlar ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcəklər. Bu komandanın bir neçə oyunçusunu yaxşı tanıyıram. İtaliya millisinin baş məşqçisi olduğum zaman Azərbaycan yığmasıyla oynamışdıq. Bizi çox çətin və maraqlı oyun gözləyir”.

 

Konte sabahkı oyunda "Lester"lə Premyer Liqa matçında iştirak edən futbolçuların çoxuna şans verməyəcəyinə də işarə vurub:

 

“Lester”lə matçda meydana buraxdığım heyətə sabah güvənsəm, insanlar məni qınayacaqlar ki, niyə yorğun oyunçuları seçdin? Qalib gəlmisizsə, deməli, ən doğru qərarı vermisiz. Amma məğlub olmağınız seçiminizin yanlış olduğu mənasını verir. Reallığı nəzərə almalı və sakit olmalıyam. İndiki məqamda ən doğru seçimləri etməliyəm".

 

“Çelsi” - “Qarabağ” oyunu sabah saat 22:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti