"Qarabağ"ın U-19 komandası oyunöncəsi son məşqinə çıxdı

22:13 11 Sentyabr 2017

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında sabah səfərdə “Çelsi”nin qonağı olacaq.

 

Sportarena.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri bu gün Bakı vaxtıyla saat 14:30-da qarşılaşmanın keçiriləcəyi “Cobham” stadionunda oyunöncəsi son məşqinə çıxıb. Son hazırlıq təxminən 90 dəqiqə davam edib. 

 

“Çelsi” - “Qarabağ” matçı sabah Bakı vaxtıyla saat 16:05-də start götürəcək.


Digər xəbərlər

Xəbər xətti