Qurban Qurbanov: "Hücum etməkdən çəkinməyəcəyik"

00:00 12 Sentyabr 2017

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda sabah səfərdə İngiltərənin “Çelsi” klubunun qonağı olacaq.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu gün Londonda baş tutan oyundan öncəki mətbuat konfransında öz fikirlərini bildirib:

 

“Çelsi” dünyanın ən güclü klublarından biridi və bu mövsüm Çempionlar Liqasının qalibi olmağa namizəddi. İlk oyunda belə rəqiblə qarşılaşmağımız fərqli bir görüntüdü. “Çelsi”nin baş məşqçisi də dünyanın ən güclü məşqçilərindəndi. Bilirik ki, ilk dəqiqələrdən rəqib bizi müdafəyə oturtmağa cəhd edəcək. Lakin biz də hücum etməkdən çəkinməyəcəyik, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Rəqibin heyətində hər hansı bir futbolçunu fərqləndirməyim düzgün deyil. Rəqibdə ehtiyat oyunçu anlayışı yoxdu, meydana kim çıxırsa, “Çelsi”ni təmsil edir. Antonio Konte çox ambisiyalı məşqçidi. İnanmıram ki, hansısa oyuna məqsədsiz şəkildə çıxsın. “Çelsi"nin heyəti güclü futbolçulardan ibarətdi və rəqibdən asılı olmayaraq, sabah onlar qələbə üçün meydana çıxacaq”.


Digər xəbərlər

Xəbər xətti