Sportarena.az
24 Sentyabr 2017

Səfir "Qarabağ"ı ziyarət etdi

12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Avropa Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” klubu ilə ilk oyununa çıxacaq “Qarabağ” futbol komandasını Londonda ziyarət edib.

 

Sportarena.az AZƏRTAC-a istinadla xəbər verir ki, "Stamford Bridge" stadionunda keçirilən məşqdən əvvəl komandanın rəhbərliyi, məşqçilər və futbolçularla görüşən səfir, seçmə və pley-off mərhələlərindəki yüksək səviyyəli mübarizənin və nəticələrin qrup oyunlarında da nümayiş etdiriləcəyinə inamını ifadə edib:

 

“Fərdi idman növlərindən sonra kollektiv idman növləri də artıq ölkəmizdə sürətlə inkişaf edir. Ölkəmizdə idmanın inkişafı dövlətimizin bütün sahələrdəki inkişafının tərkib hissəsidir. Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqəti bu uğurlar fonunda xüsusi qeyd etmək yerinə düşər. “Qarabağ” komandasının Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycanın futbol tarixində yeni bir səhifədir və biz çox istəyirik ki, digər komandalarımızı da gələcəkdə bu səviyyəli yarışlarda dəstəkləyək. Komandanın adı bizim üçün doğmadır, əzizdir və həssasdır. Məhz buna görə də sizlərin qələbəsi bizə yalnız idman sevinci deyil, sözlə ifadə oluna bilməyən emosiyalar bəxş etdi”.

 

Diplomat qeyd edib ki, Avropanın əsas milli liqalarında 700-ə yaxın komandanın içərisində ilk 32-yə daxil olmuş “Qarabağ” nəinki ölkəmizdən, hətta regionumuzdan bu mərhələyə vəsiqə qazanan ilk komandadır:

 

“Bütün xalqımız kimi, Londondakı azərbaycanlı futbolsevərlər də bu gün sizi dəstəkləmək üçün səfərbər olublar, formalarını və bayraqlarını hazırlayıblar. Əlbəttə, mən və səfirliyimizin bütün əməkdaşları da sabah (bu gün) stadionda sizlərlə bərabər olacağıq”.

Tarix
12.09.17 [10:58]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

24 Sentyabr
23 Sentyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio