Fərid Nəbiyev oynadı, “Slaviya” xal itirdi

11:37 12 Sentyabr 2017

Futbol üzrə Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində 7-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi də növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Hradeç”lə qarşılaşıb. Dörd qolun vurulduğu oyunda qalib müəyyənləşməyib – 2:2. Fərid də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan U-19 millimizin kapitanı 81-ci dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, "Slaviya" geridə qalan turlarda 11 xal toplayıb və turnir cədvəlində 12 klub arasında 4-cüdü.


Digər xəbərlər

Xəbər xətti