Şimali İrlandiya millisinin baş məşqçisi həbs edildi

12:18 12 Sentyabr 2017

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığması ilə bir qrupda yer alan Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O Nil həbs edilib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı “Skottiş San” nəşri yayıb. Xəbərdə 48 yaşlı mütəxəssisin sərxoş halda avtomobil idarə etdiyinə görə, yerli polis tərəfindən saxlandığı qeyd edilib. Hadisənin bazar günü, Edinburq yaxınlığında baş verdiyi vurğulanıb. O Nil oktyabrın 10-da məhkəmə önünə çıxacaq.

 

Xatırladaq ki, millimiz cari seçmə mərhələdə Şimali İrlandiya yığmasına qarşı keçirdiyi hər iki oyunda məğlub olub (0:4, 0:1).


Digər xəbərlər

Xəbər xətti