Messi pianino çalmağı da bacarır - ÇL-in himnini ifa etdi - VİDEO

13:49 12 Sentyabr 2017

“Barselona”nın hücumçusu Lionel Messi təkcə yaşıl meydanlarda yox, ondan kənarda da istedadlı olduğunu göstərib.

 

Sportarena.az xəbər verir ki, Leo bu dəfə öz bacarığını pianino arxasında nümayiş etdirib. O, Çempionlar Liqasının himnini pianinoda ifa edib. 30 yaşlı hücumçu həmin anların videosunu sosial şəbəkədəki hesabında paylaşıb.

 

Xatırladaq ki, “Barselona” ÇL-in qrup mərhələsində ilk oyununu bu gün “Yuventus”a qarşı keçirəcək. Saat 22:45-də başlayacaq matç “Nou Kamp” stadionunda baş tutacaq.

 

 


Digər xəbərlər

Xəbər xətti