Sportarena.az
25 Noyabr 2017

ÇL-in 32 iştirakçısının ümumi dəyəri açıqlandı - “Qarabağ” kimi qabaqlayır?

12 Punto 14 Punto 16 Punto 18 Punto

 

UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində mübarizə aparacaq 32 komandanın heyətində yer futbolçuların ümumi dəyəri açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, bu məbləğ 9,3 milyard avro təşkil edir.

 

Turnirin ən dəyərli komandası İspaniya təmsilçisi “Real”dır. ÇL-in son qalibi 774 milyon avroluq kollektivə sahibdir. İkinci sırada digər İspaniya klubu “Barselona”dır - 706,5 milyon avro. 1,46 milyard avroluq C qrupunda Azərbaycan təmsilçisi “Qarabağ”la birgə yer alan İngiltərə çempionu “Çelsi” siyahıda üçüncüdür. London komandasına 614,4 milyon avro qiymət qoyulub.

 

Ağdam klubu isə 17,2 milyon avroluq heyətlə 31-ci yerdədir. Azərbaycan çempionu yalnız 13,9 milyonluq Sloveniya “Maribor”unu qabaqlayır. Kiprin APOEL komandası isə 30-cu pillədədir - 18,5 milyon avro.

 

Türkiyə təmsilçisi “Beşiktaş” 126,1 milyon avroluq heyətlə 21-cidir. İstanbul təmsilçisinin G qrupundakı rəqibləri Fransa “Monako”su 252,9 milyon, Almaniyanın “Leyptsiq” komandası 189 milyon, Portuqaliyanın “Portu” kollektivi isə 176,4 milyon avroluq heyətə sahibdir.

 

ÇL-də mübarizə aparacaq 32 komandanın futbolçuları arasında ən yüksək bazar qiyməti olan “Barselona”nın kapitanı Lionel Messidir. Argentinalının dəyəri 120 milyon avrodur. Bu isə o deməkdir ki, 30 yaşlı hücumçu qitənin ən nüfuzlu klub turnirində çıxış edəcək 11 klubun ümumi dəyərini kölgədə qoyur.

 

İkinci sıradakı “Real”ın futbolçusu Kriştianu Ronaldunun qiyməti isə 100 milyon avro təşkil edir (Report).

Tarix
12.09.17 [14:52]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

25 Noyabr
24 Noyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio